• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Azərbaycanın idman mediası: “Ölkəmizdə heç vaxt İrəvandakı kimi iyrənc hadisə baş verməyib” [xfvalue_red]

15 Nis, 23 - 15:39

Azərbaycanın idman mediası: “Ölkəmizdə heç vaxt İrəvandakı kimi iyrənc hadisə baş verməyib”


Azərbaycan idman mediası İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandırılması ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, İrəvanda baş verənlər ağlasığmazdır, eyni zamanda, istənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi, sadəcə olaraq, qəbuledilməzdir:

“14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılmasına görə hiddətləndiyimizi bildiririk.

İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı, idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var. İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiadaların mahiyyətində əks olunduğu kimi, idman bütün dünyada sülhün carçısıdır.

Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq, idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanıb.

Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı nifrəti 30 illik işğal ilə nəticələnib. BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış bu təcavüz nəticəsində Ermənistan torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirib. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanmışdı. İndi göründüyü kimi, bunlar boş vədlər imiş.
Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxıb. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tədbir təşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırıb. Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılıb.

Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdikləri yarışları işıqlandırmışıq. Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. İdmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.

Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Azərbaycanın idman jurnalistləri olaraq auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanının olmasını istəyirik”.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Ombudsmandan beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
backend
Avropa Ağır Atletika Federasiyası bayrağımızın yandırılmasını PİSLƏDİ
backend
"İrəvandakı idmançılarımız mehmanxanadan buraxılmır" - Nazir
backend
İrəvandakı Azərbaycan idmançıları vətənə qayıdır - Rəsmi
backend
Azərbaycan idmançıları İrəvanda baş verən təxribata görə Vətənə qaytarılırlar
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 392

XƏBƏR LENTİ

Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0713 Eyl
QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3113 Eyl
Müdafiə Nazirliyi məlumat yaydı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2813 Eyl
Sabahın hava proqnozu açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4913 Eyl
Xocalının daha bir kəndinə İLK KÖÇ oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5713 Eyl
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2513 Eyl
Goranboydakı cinayətin TƏFƏRRÜATI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2613 Eyl
Qızılağac Milli Parkının ərazisində yanğın olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1913 Eyl
Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3213 Eyl
Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0612 Eyl
KİV: İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1512 Eyl
Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3212 Eyl
Yeni tədris ilində Bakıda 505 mindən çox şagird təhsil alacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3912 Eyl
Rusiya Azərbaycan və Ermənistandan "3+3" formatında görüş üçün əməli addımlar gözləyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3512 Eyl
Kreml: Rusiya və Ukrayna arasında danışıqlarda fasilə yaranıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4212 Eyl
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0512 Eyl
Azərbaycanın sərbəst güləşçisi: "Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5212 Eyl
Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3012 Eyl
Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4612 Eyl
Premyer Liqa: "Kəpəz" "Araz-Naxçıvan"la, "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1212 Eyl
Culfada qəza olub, 4 nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4712 Eyl
Tramp: Çarli Kirk ölümündən sonra medalla təltif ediləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4411 Eyl
XİN rəhbəri Polşa vətəndaşlarına çağırış edib: Yalvarıram, Rusiya və Belarusa getməyin [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2011 Eyl
Türkiyədə Suriya hərbçilərinin təliminə başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3511 Eyl
İsrail şirkəti: Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5511 Eyl
11 sentyabr terroru ərəfəsində ABŞ-də qətl – bu dəfə Venesuela hədəf ola bilər - ŞƏRH [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2511 Eyl
ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3611 Eyl
Polşa Belarusla sərhədi qeyri-müəyyən müddətə bağlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4811 Eyl
1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0911 Eyl
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4211 Eyl
Bakı İqlim Fəaliyyəti Həftəsi üçün qeydiyyat prosesi başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4911 Eyl
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1711 Eyl
Qətərin Baş naziri: İsrailin Dohaya zərbəsi əsirlərin azad olunacağına dair ümidləri məhv etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3011 Eyl
Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanı yola salınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0011 Eyl
Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz... [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3011 Eyl
Çexiya ordusuna 174 milyon avroluq atıcı silahlar tədarük olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0011 Eyl
Aeroport yolunda 3 maşın toqquşub, xəsarət alan var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0710 Eyl
Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2710 Eyl
Tramp ABŞ-da ukraynalı qadının qatilinə ölüm cəzası tələb edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3910 Eyl
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1310 Eyl
Baş katib Putinə xəbərdarlıq edib: NATO ərazisinin hər qarışını qoruyacağıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1710 Eyl
Prezident Bakıda açılışda - Fotolar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2210 Eyl
Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5110 Eyl
Misirin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:449 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə