• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Mikayıl Cabbarov: “Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var” [xfvalue_red]

8 Eyl, 22 - 13:51

Mikayıl Cabbarov: “Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var”


Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Report" İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik

- Cənab nazir, xəbər verildiyi kimi, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi “İT Akademiya” adlı layihəyə start verir (https://it-academy.az/). Layihə və onun məqsədləri barədə məlumat verməyinizi xahiş edirik.

- “İT Akademiya” İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin informasiya texnologiyaları sahəsində yeni peşəyə yiyələnmək istəyənlər üçün birgə təhsil layihəsidir. Layihə dünyanın 55 ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbinin iştirakı ilə həyata keçirilir. Bu məktəb artıq 5 ildir ki, Elm və Təhsil Nazirliyi və ölkənin universitetləri ilə birgə İT sahəsində böyük təhsil proqramlarını uğurla həyata keçirir.

İnanırıq ki, keyfiyyətli təhsil ölkənin rəqəmsal iqtisadiyyatda imkanlarının artırılması üçün vacib amildir. Rəqəmsal iqtisadiyyat isə, öz növbəsində, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırılmasına imkan yaradacaq. Buna görə də “İT Akademiya”nın məqsədi informasiya texnologiyaları sahəsində peşəkar kadrlar hazırlamaq, ölkənin İT bazarının inkişafına yardım göstərmək və təhsil sistemində informasiya texnologiyalarını modernləşdirməkdir.

Yeni layihə çərçivəsində tələbələr qısa müddət ərzində İT sahəsi üzrə əmək bazarında ən çox tələb olunan veb-həllər, testləşmə və sistem inzibatçılığı kimi ixtisasları sıfırdan öyrənəcəklər. Layihənin işə salınmasından 2-3 il sonra azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini gözləyirik. Burada təhsilin mümkün qədər əlçatan olması üçün əlimizdən gələni edirik. Belə ki, “İT-Akademiya”nın tələbələri təhsil haqlarının cəmi 10%-ni ödəyəcəklər.

- Cənab nazir, rəqəmsal iqtisadiyyatın potensialını qeyd etdiniz. Rəqəmsallaşmanın Azərbaycan iqtisadiyyatının inkişafına necə töhfə verə biləcəyi barədə fikirlərinizi öyrənmək istərdik.

- Bütün dünyada rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici amillərindən biridir. Prezident İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da rəqəmsallaşmanın ölkəmiz üçün əhəmiyyətini vurğulayır. Azərbaycanın regionda qabaqcıl İT dövləti olmaq və postsovet məkanının İT bazarında mühüm oyunçuya çevrilməklə perspektivdə Avropa ölkələrinə tədricən çıxış əldə etmək üçün kifayət qədər potensialı var.

Bu məqsədlərə çatmaq üçün lazımi addımlar atılacaq. Amma lazımi sayda mütəxəssis olmasa, yeni İT şirkətləri yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Demək, kifayət sayda şirkətlər və müvafiq olaraq, iş yerləri olmasa, yeni mütəxəssislər də meydana çıxmayacaq. Başa düşürük ki, dövlətin iştirakı olmadan ixtisaslı kadrların sürətli və səmərəli şəkildə hazırlanması mümkün deyil. Odur ki, yeni peşəyə yiyələnməyə hazır olan, bu sahəyə maraq göstərən insanlar üçün tələb olunan İT ixtisasları üzrə təlimlərə başlanılması qərara alınıb.

Azərbaycan artıq rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində vacib addımlar atıb. Buraya məktəblərdə rəqəmsal bacarıqların öyrədilməsi, elektron hökumətə keçid, zəruri İT infrastrukturunun yaradılması və modernləşdirilməsi daxildir. Amma başa düşmək lazımdır ki, bunların həyata keçirilməsindən nəticəni uzunmüddətli perspektivdə əldə edəcəyik. Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var.

- Cənab Cabbarov, Azərbaycanın İqtisadiyyat Nazirliyi rəqəmsallaşma sahəsində Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edir. Azərbaycanda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin filialı açılıb. Onun açılmasının məqsədi nədir və bu, Azərbaycana hansı üstünlükləri verəcək?

- 2021-ci ilin aprelində Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu arasında saziş imzalanıb və bu ilin fevralında MDB məkanında ilk dəfə məhz Bakıda Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin filialı açılıb. Filialın açılmasının məqsədlərindən biri Azərbaycanın Dördüncü sənaye inqilabında mövqeyini gücləndirməkdir. Nəzərə almaq lazımdır ki, sənaye inqilabı qlobal iqtisadiyyatda rəqabət trendlərini və qaydalarını əhəmiyyətli dərəcədə dəyişir.

Mərkəzin fəaliyyəti müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir. Bu əməkdaşlıq Azərbaycanda rəqəmsal iqtisadiyyatın təkamülü və yüksək texnologiyalara əsaslanan ekosistemin formalaşması üçün böyük imkanlar yaradır. Dördüncü sənaye inqilabı çərçivəsində Azərbaycan müxtəlif çağırışlarla üzləşir. Məsələn, bunlardan biri istehsal iqtisadiyyatından informasiya texnologiyaları cəmiyyətinə keçiddir. Ölkədə təkcə xammal və faydalı qazıntıların hasilatına deyil, həm də onların sonrakı emalına, məhsul istehsalına, informasiya və elmtutumlu texnologiyalarının inkişafına diqqət yetirilməlidir. Odur ki, bu məsələ ilə bağlı da yüksək ixtisaslı kadrlara ehtiyac duyulur.

Dünya İqtisadi Forumu və Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq bu sahədə uğurlu fəaliyyətin davamıdır. Bir sözlə, Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzi qabaqcıl texnologiyaların mənimsənilməsinə və səmərəli tətbiqinə, onların vətəndaşlara və ictimai maraqlara xidmət etməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına, tədqiqat və inkişaf sahəsinin daha da təkmilləşdirilməsinə böyük töhfədir.

Mikayıl Cabbarov
Mikayıl Cabbarov
- “İT-Akademiya”nın yaradılmasının təşəbbüskarları Azərbaycanın Elm və Təhsil ilə İqtisadiyyat nazirlikləridir. Belə layihələr adətən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bəs İqtisadiyyat Nazirliyinin layihənin həyata keçirilməsinə cəlb olunmasının səbəbi nədir?

- İT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması və ümumiyyətlə, bu sahənin inkişafı çox vaxt və xeyli maliyyə xərcləri tələb edən həcmli işdir. Buna görə də bütün məsuliyyəti bir dövlət strukturunun üzərinə qoymaq düzgün olmazdı. Bu, bizim ümumi işimizdir, çünki bütün dövlət qurumları İT mütəxəssislərinə ehtiyac duyur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksəkixtisaslı İT mütəxəssislərinin hazırlanması istiqamətində xeyli iş gördüyünü və ölkəmizdə bu sahənin inkişafı üçün layihələrin icrasını davam etdirdiyini xüsusi vurğulamaq lazımdır. “İT Akademiyası” layihəsi də bu prosesə mühüm töhfə verəcək və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səylərini dəstəkləyəcək.

Rəqəmsallaşmanın əhəmiyyəti “Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. “İT Akademiyası” layihəsini həyata keçirməklə İqtisadiyyat Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə cənab Prezidentin təsdiq etdiyi “Strategiya”nın reallaşdırılmasına töhfə verir.

Bu, ölkədə insan kapitalının və biznesin inkişafına yönəlmiş yeganə layihə deyil. Nümunə olaraq, “Step IT Academy” akademiyasını, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan-İsrail Təlim Mərkəzini göstərmək olar. Bu mərkəzdə İsrail tədris proqramı əsasında, İsraildən olan mütəxəssislər tərəfindən təlimlər keçirilir. Əminəm ki, birgə səylər yaxın gələcəkdə öz bəhrəsini verəcək.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir. “Baku ID Summer’22” festivalı çərçivəsində İqtisadiyyat Nazirliyi 18 layihənin inkişafı üçün onların hər birinə 25 min manat vəsait ayırıb.

- Məzunların işlə təmin olunması, onların ölkədə qalmaları üçün gələcəkdə hansı addımlar atılacaq?

- Əminəm ki, “İT Akademiyası” Azərbaycanda İT mütəxəssislərinin hazırlanmasına mühüm təkan verəcək. Tədris prosesində tələbələr real problemlərin həllində unikal peşəkar təcrübə və praktiki bacarıqlar əldə edəcəklər. İT sahəsinə maraq göstərən və bu sahədə inkişaf etmək istəyən vətəndaşlara qısa müddətdə və rahat formatda yeni peşəyə yiyələnmək imkanı yaradılır. “İT Akademiyası”nın bütün kurslarının proqramlarında məzunlara bu sahədə iş tapmağa kömək edəcək karyera bloku, təlimlər və məsləhətlər var. Beləliklə, informasiya texnologiyaları bazarının inkişafı stimullaşdırılır, İT mütəxəssisləri ilə bağlı tələbat ödənilir.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İran və Ermənistan sərhəddə birgə ticarət və texnologiya şəhərləri TİKƏCƏK
backend
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərindən biri ləğv olundu
backend
Bu tələbələrin təhsil haqqını Elm və Təhsil Nazirliyi qarşılayacaq
backend
Nazirlikdən Emin Əmrullayevlə bağlı AÇIQLAMA
backend
Azərbaycanda ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbi açıqlanıb
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 352

XƏBƏR LENTİ

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:321 Ağu
Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:051 Ağu
Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:591 Ağu
Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:071 Ağu
Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:321 Ağu
Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:441 Ağu
Prezident nekroloq imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:581 Ağu
Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:581 Ağu
Sabahın hava proqnozu açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:291 Ağu
Pezeşkian sabah Pakistana səfər edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:491 Ağu
Xalq artisti Arif Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:041 Ağu
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:241 Ağu
Çoxuşaqlı analarla bağlı AÇIQLAMA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0631 Tem
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1831 Tem
Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4831 Tem
Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5931 Tem
Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1931 Tem
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4631 Tem
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4031 Tem
Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0531 Tem
Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4131 Tem
Gömrük Komitəsində otağı su basdı - Video [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1331 Tem
Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0931 Tem
BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1331 Tem
Kəlbəcər bu səhəri zəlzələ ilə açdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4531 Tem
"Sədərək" ticarət mərkəzində yanğın olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4630 Tem
Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2130 Tem
Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1830 Tem
Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5330 Tem
Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1930 Tem
İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5130 Tem
Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3030 Tem
Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0830 Tem
Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2630 Tem
Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5830 Tem
Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1029 Tem
İsti hava şəraiti həftə sonunadək davam edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3129 Tem
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1129 Tem
Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4829 Tem
Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0529 Tem
İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1529 Tem
Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4529 Tem
Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2329 Tem
Azərbaycan İordaniya ilə şəhərsalma sahəsində tərəfdaşlığı müzakirə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2729 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə