Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb.
Böyük Kreml Sarayının Georgiyevsk zalında təntənəli mərasim keçirilib. Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.
***16:21
Rusiya dövlətinin prezidenti Vladimir Putin Kremldə Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqı ilə bağlı ruslara müraciətlə çıxış edib.
Putinin çıxışı saat 15:00-a planlaşdırılsa da, lakin onun çıxışı gec başlayıb.
Xatırladaq ki, sentyabrın 23-dən 27-dək Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin müvəqqəti ələ keçirilən hissələrində Rusiyaya birləşmə ilə bağlı psevdoreferendumlar keçirilib.
Bu gün, sentyabrın 30-da rus diktatoru Vladimir Putin Rusiyanın bütün qondarma siyasi elitasını Kremlə "bayram müraciəti" üçün toplayıb.