• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Hamamda məşhur prokurorla tanış olan şəxs onu çılpaq fotoları ilə şantaj edib [xfvalue_red]

10 Ekm, 22 - 15:21

Hamamda məşhur prokurorla tanış olan şəxs onu çılpaq fotoları ilə şantaj edib


Məşhur prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan şəxslər - Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qanuntv.az "Musavat"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Ümman Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, prokurora hədə-qorxu gəlməsi və ondan pul tələb etməsi ilə bağlı işdə heç bir sübut yoxdur: “Mən xəstəlik adı ilə Tariyel Qurbanovdan pul almışam. Bu səbəbdən də istintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Həmin ifadəmi təzyiq altında vermişəm. İndi həqiqəti məhkəmədə danışacam. 2001-ci ildə Qubadan işləmək məqsədilə paytaxta gəldim. İlk iş yerim Bakıxanovda yerləşən “Hamam Plaza” olub. Orada ofsiant işləyirdim. Tariyel Qurbanovu da orada tanımışam. Tariyel müəllimlə ilk tanışlığım 2006-cı ildə olub. Tariyel müəllim hamama gəlib, ona bir ilə yaxın orada qulluq etmişəm”.

Ümman Əliyevin sözlərinə görə, qardaşı Vüsalın xəstəliyi ilə əlaqədar onun müalicəsi adı ilə Tariyel müəllimdən ilk dəfə 1800 manat alıb: "Həmin pulu qardaşımın müalicəsinə xərcləmədim. Bunu Tariyel müəllim bilməyib. Həmin pulu Tariyel müəllim mənə poçt vasitəsi ilə göndərdi. Həmin pulu götürərək şəxsi ehtiyaclarıma xərclədim. Həmin dövrdə hamamdan çıxmışdım, işsiz idim. Buna görə də pula ehtiyacım var idi. İkinci dəfə 2021-ci ilin noyabrında qardaşımın xəstəliyi ilə bağlı yenə də Tariyel müəllimdən 1800 manat aldım. Həmin pulu da Tariyel müəllim poçt vasitəsi ilə göndərdi. Qubada həmin pulu poçtdan götürdük. Tariyel Qurbanovdan 2021-ci ilin sentyabrından 2022-ci lin fevralına kimi pul almışam. Müxtəlif vaxtlarda aldığım pulların ümumi məbləği yadımda qalmayıb. Tariyel Qurbanovu hamam fotoları ilə şantaj etməmişəm. İfadəmin həmin hissəsini müstəntiqin təzyiqi altında vermişəm. Tariyel Qurbanovdan pul alan zaman heç kimlə əlbir olmamışam. Pulları tək istəyib almışam".

Ü.Əliyevin İbtidai istintaqa verdiyi ifadə elan olunarkən göstərilib ki, Tariyel Qurbanovla əlaqə saxlayaraq onda çılpaq fotoları olduğunu deyib və pul tələb edib. Lakin təqsirləndirilən şəxs ifadəni məhkəmədə təsdiq etməyib. O bildirib ki, Tariyel Qurbanovun hər hansı bir formada onda fotosu olmayıb.

İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan 8 min manat bir, 15 min 400 manat bir, 20 min manat bir, 20 min manat isə sonuncu dəfə alıb. Onun sözlərinə görə, qeyd olunan məbləğləri Tariyel Qurbanovdan iş qurmaq adı ilə istəyib.

Daha sonra ifadə verən digər təqsirləndirilən Pərvin Yusifov da özünü təqsirli bilməyib. O deyib ki, Ümman ilə eyni cəzaçəkmə müəsisəsində cəza çəkiblər: “Biz eyni regiondan olduğumuz üçün orada münasibətimiz yarandı. Həbsdən azad olunandan sonra da görüşməyə başladıq. Bir gün Ümman ilə çayxanada olan zaman dedi ki, kartın var, ona pul atsınlar. Mən də anamın kartı olduğunu bildirdim. Ondan pulun problemli olub-olmadığını soruşdum. Dedi ki, heç bir problem yoxdur. Anama məxsus məndə olan kartın şəkilini çəkdim və Ümmana göndərdim. Ümman da həmin kartı kimisə yolladı. İki dəfəyə həmin karta pul göndərildi. İlk dəfə 900 manat, sonra isə 1200 manat göndərilmişdi. Mən də həmin pulları kartdan çıxararaq Ümmana verdim. Buna görə də Ümman mənə xərcləmək üçün pul verdi”.

Pərvin Yusifovun sözlərinə görə, növbəti dəfə “Azərsu”yun qarşısında Ümmanın göstərişi ilə Tariyel Qurbanovdan 1150-1200 manat alıb: “Həmin vaxt Tariyel Qurbanova zəng etmişəm. Telefon nömrəsini mənə Ümman vermişdi. Zəng etməkdə məqsədim deyilən yerə çatdığımı bildrmək olub. Mənim başqa məqsədim olmayıb. Ümmanla Tariyel Qurbanovun münasibətlərindən də xəbərim olmayıb. Həmin gün Ümman mənə zəng etdi və dedi ki, ona pul göndəriblər, xəstə olduğu üçün götürməyə gedə bilmir. Məndən həmin pulu götürərək ona çatdırmağımı istədi. Mən də Ümmanın dediyi kimi etdim və qeyd olunan yerdən pulu götürdüm. Həmin vaxt ora Tariyel Qurbanovun özü gəlmişdi. Tariyel Qurbanova Ümmanın xəstə olması barədə heç nə demədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə “Avesta Konserni”nin binasının yaxınlığında yenə də pul götürmək üçün Tariyel Qurbanovla görüşüb: “Tariyel Qurbanovun məndən Ümmanın səhhətini soruşdu. Mən də dedim ki, inşallah, yaxşı olar. Tariyel Qurbanov mənə 3 min manat verdi. Həmin pulu da Ümmana çatdırdım. Bu zaman Ümman mənə 500 manat verdi ki, xərcləyim. Mən də ondan həmin pulu götürdüm və şəxsi ehtiyaclarıma xərclədim”.

Təqsirləndirilən şəxs deyib ki, Ümman Əliyevlə birlikdə Tariyel Qurbanova hədə-qorxu gəlməyib, ona çılpaq fotolarını göstərməyib və pul tələb etməyib. Onun sözlərinə görə, Ümmanın belə hərəkət etməsindən isə xəbəri olmayıb.

Pərvin Yusifov deyib ki, Tariyel Qurbanovadan pul tələb etməməsinə baxmayaraq ona dəymiş ziyanın 6350 manatın 1700 manatını ödəyib: “Həmin pul da Baş Prokurorluğun depozit hesabına köçürülüb. Bundan başqa, dəymiş ziyanın 25 faiz miqdarında isə dövlət büdcəsinə ödəniş etmişəm. Həmçinin Tariyel Qurbanovla barışıq əldə etmişik. O da məndən şikatyətçi deyil”.

Növbəti proses oktyabrın 28-də davam edəcək.

İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra isə o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Zakir Həsənovun əleyhinə danışan polkovnik HƏBS EDİLDİ
backend
Cavanşir Məmmədovun qızı ilə bağlı ŞOK İDDİA: “Facebook”da tanış olduğu kişini aldadıb? - MƏHKƏMƏ
backend
Cinayətkar dəstənin “xaç ataları” azadlıqdadır - MTN işi
backend
Xalam oğlu Eminin qisasını aldım - Dünya çempionunu öldürən şəxs
backend
Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə aldadıb
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 364

XƏBƏR LENTİ

Ərdoğan Bəxtiyar Ersaya ordu generalı rütbəsi verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:425 Ağu
Yardımlının bəzi kəndlərində qaz olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:045 Ağu
“Polis haqqında” Qanuna dəyişiklik edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:175 Ağu
Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:495 Ağu
Baş nazir: "2022-ci ildən etibarən Orta Dəhlizdə 90 % artıma nail olmuşuq" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:595 Ağu
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:255 Ağu
Bu gündən Türkmənistanda üçgünlük "Azərbaycan Milli Günləri" başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:275 Ağu
Tokayev: Məhdud nəqliyyat əlaqələri dənizə çıxışı olmayan ölkələr üçün əsas çağırış olaraq qalır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:375 Ağu
"Fənərbağça" və "Beşiktaş"ın oyunları təxirə salına bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:275 Ağu
Əli Əsədov Mərkəzi Asiya ölkələri dövlət başçılarının məşvərət görüşünə hazırlıq iclasında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:465 Ağu
Ayxan Hacızadə İran XİN sözçüsünün iddialarına cavab verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:424 Ağu
Bakıda Sinaqoqa hücuma hazırlıqda təqsirləndirilən şəxsin məhkəməsində: İŞİD-də tanışının olduğunu dedi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:044 Ağu
“Rossotrudniçestvo”nun 4,6 kq-lıq yardımı – Moskvadan erməni revanşistlərə “Rusiya sizinlədir” mesajı - ŞƏRH [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:174 Ağu
Prezident 10 il əvvəlki fərmanını "Qrant haqqında" yeni qanuna uyğunlaşdırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:414 Ağu
Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:244 Ağu
Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:514 Ağu
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:224 Ağu
“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:284 Ağu
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:374 Ağu
DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:014 Ağu
Qaxın 15 kəndində işıq olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:094 Ağu
KİV: Cənubi Koreya Şimali Koreya ilə sərhəddən təbliğat səsgücləndiricilərini yığışdıracaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:254 Ağu
KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:494 Ağu
Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:042 Ağu
Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:422 Ağu
Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:452 Ağu
DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:002 Ağu
Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:492 Ağu
Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:322 Ağu
Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:562 Ağu
Azərbaycan nefti ucuzlaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:562 Ağu
BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:242 Ağu
Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:321 Ağu
Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:051 Ağu
Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:591 Ağu
Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:071 Ağu
Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:321 Ağu
Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:441 Ağu
Prezident nekroloq imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:581 Ağu
Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:581 Ağu
Sabahın hava proqnozu açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:291 Ağu
Pezeşkian sabah Pakistana səfər edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:491 Ağu
Xalq artisti Arif Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:041 Ağu
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:241 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə