
Türkiyədə qadın və uşaqların da olduğu qanunsuz miqrant qrupu saxlanılıb.
Qanuntv.az xəbər verir ki, hadisə Çanaqqalanın Ayvacık rayonunun akvatoriyasında baş verib.
Məlumata görə, qayıqda olan 31 nəfərin arasında Əfqanıstan və Azərbaycan vətəndaşları da olub.
Saxlanılan şəxslər Türkiyənin aidiyyəti qurumlarına təhvil verilib və onlar barəsində müvafiq prosedurların tətbiq olunduğu bildirilib.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.





