• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Soçi görüşündən NƏ GÖZLƏYƏK... - AKTUAL [xfvalue_red]

27 Ekm, 22 - 08:27

Soçi görüşündən NƏ GÖZLƏYƏK... - AKTUAL


Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib. Baş nazir bu barədə hökumət saatında çıxışı zamanı deyib. Paşinyan Putinin Soçidə üçtərəfli görüş təklifini qəbul etdiyini söyləyib. O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.

Kreml də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün baş tutacağına inanır. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, belə bir üçtərəfli görüş hazırlanır: "Görüşün baş tutacağına ümid edirik. Yeri və zamanı vaxtında müəyyənləşdirəcəyik”. Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib. Azərbaycan və Ermənistan rəhbərləri arasında sonuncu görüş oktyabrın 6-da Praqada Fransa dövlət başçısı Emmanuel Makronun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilib.

Görüş ehtimalını "Şərq"ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Rusiyanın regionda sülhün əldə olunması ilə bağlı imkanları daha genişdir. Ekspert vurğulayıb ki, Rusiya Bakı və İrəvanla əlaqələri olan, Ermənistan üzərində xüsusi təsirə malik, ən əsası isə problemi yaradan və davam etməsinə imkan verən ölkələrdən biridir:

"Bu məqamlar önəmlidir. Bu gün ortada olan problemin yaranmasının təşəbbüskarları sadəcə Rusiya və Ermənistan deyil. Başqa ölkələrin də işğal prosesində və münaqişənin uzun müddət həll olunmamış qalmasında məsuliyyəti və günahı olub. Ancaq Rusiya ilə digər ölkələrin fərqi ondadır ki, Moskva problemi yaradan tərəflə olmaqla yanaşı, həm də həllinə töhfə verəcək imkanlara da sahibdir. Təbii ki, əgər Kreml bunu istəsə. Ancaq hazırda Rusiyada siyasi və ictimai sferalarda, mediada, hətta bəzi hallarda dövlət səviyyəsində Azərbaycana qarşı təxribatçı addımlar, sülhə mane olan davranışlar bizdə şübhələri artırır. Sual yaranır ki, indiki məqamda Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlər həqiqətən problemin həllinə yonəlib, yoxsa məqsəd prosesləri nəzarət altında saxlamaqdır? Rusiyada baş tutan görüşlər nəyə xidmət edir? Bu sualın cavabı təkcə Azərbaycan deyil, regionda sülhün tərəfdarı olan digər dövlətlər üçün də maraqlıdır. Düzdür, son dövrlərdə Rusiyanın atdığı müəyyən addımlar Azərbaycanda "Moskvanın öz mövqeyində qismən dəyişiklik" kimi dəyərləndirilirdi. Amma gördük ki, o addımlar ardıcıl xarakter daşımır".

Politoloq vurğulayıb ki, mövcud vəziyyət çox həssasdır. Ona görə də biz gözləntilərə, yəqinlərə hesablanmış görüşlər deyil, konkret nəticələrə əsaslanmış təmaslar istəyirik:

"Rusiya doğrudan da xoşniyyətlidirsə, rus efirlərində mühaşidə olunanlar sadəcə təsadüfdürsə və dövlətin xətti sayılmırsa, o zaman Kremlin hərəkətləri başqa cür olmalıdır. Məsələn, Moskva Xankəndi və ətraf bölgədə hələ də qalmaqda olan qanunsuz silahlı qruplaşmaların ərazilərimizi tərk etməsi, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı ciddi addımlar atmalıdır. Əks halda rəsmi Bakı əvvəlki təcrübəyə əsaslanaraq, bir müddət sonra nəticəsiz görüşlərdən imtina edəcək. Hətta dəvət birbaşa Rusiya rəhbərindən gəlsə cavabımız "yox" olacaq. 31 oktyabr görüşü barədə bunu söyləmək hələ tezdir. Söhbət qarşıdakı nəticəsiz görüş təkliflərindən gedir".

A.Aslanlı qeyd edib ki, əvvəlki dövrlərdə Qərbin məsələyə yanaşmasında sülhə istiqamətlənməmiş, çox vaxt Rusiyanın da siyasəti ilə üst-üstə düşən yanaşmalar, təxribat yönlü bəyanatlar görürdük:

"İndi sanki Qərbdə bir qədər konstruktiv mövqe nümayiş olunmaqdadır. Əlbəttə, Qərb dedikdə bütün qərb ölkələrini nəzərdə tutmuram, daha çox Avropa İttifaqının yanaşmasını deyirəm. Aİ Rusiyanın qıcıqlanmasına baxmayaraq, qalıcı sülhə xidmət edəcək müəyyən addımlar atır. Şübhəsiz, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol da Aİ-nin yanaşmasına təsir göstərən amillərdəndir".

"Şərq"

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyev, Putin və Paşinyan Soçidə GÖRÜŞƏCƏK
backend
Azərbaycan, Rusiya və Ermənistan liderləri oktyabrın sonunda görüşə bilərlər
backend
Putin İlham Əliyevi və Paşinyanı Moskvaya dəvət etdi
backend
Astanada üçtərəfli görüş KEÇİRİLƏCƏK
backend
Gələn ay İlham Əliyev, Paşinyan və Şarl Mişel arasında görüş keçiriləcək
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 334

XƏBƏR LENTİ

KİV: Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4512 Tem
Azərbaycanda sabiq nazir vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3412 Tem
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0912 Tem
Çin və ASEAN yenilənmiş azad ticarət sazişini oktyabrda təqdim edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3712 Tem
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1812 Tem
Sabah 41 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3212 Tem
Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0812 Tem
Dünya səyyahları Cəbrayıldadırlar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2712 Tem
Paşinyan Zəngəzura gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0612 Tem
BİZİM TƏQVİM:12 iyulda baş vermiş tarixi hadisələr [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2812 Tem
Prezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5611 Tem
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiq edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0911 Tem
Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4511 Tem
Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1111 Tem
Ağdamda insan skeletinə bənzər sümük fraqmentləri aşkar edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3111 Tem
Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0311 Tem
"Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: PKK bu gün silahı yerə qoyacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0611 Tem
Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3510 Tem
Muxtar Babayevlə COP30-un prezidentliyə namizədi OPEC-in seminarında müzakirələr aparıblar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4610 Tem
Əliyev-Paşinyan görüşü fasilədən sonra davam edir - YENİLƏNİB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0810 Tem
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1610 Tem
DYP yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3710 Tem
Azərbaycan neftinin qiyməti 76 dolları keçib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4910 Tem
Diplomatların peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:009 Tem
Bu gün Azərbaycanda Diplomatiya Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:009 Tem
KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:039 Tem
Aran təhsil idarəsinə və Yevlax rayon təhsil sektoruna minnətdarlığımı bildirirəm [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
06:339 Tem
ABŞ Günəş və külək enerjisi subsidiyalarının verilməsini dayandırır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:008 Tem
Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:008 Tem
Norveç Aİ-dən sonra Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:008 Tem
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:337 Tem
Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:027 Tem
“The Gulf Observer”: Ermənilərin Azərbaycanın mədəni irsini məhv etməsi bütün bəşəriyyətə qarşı vandalizmdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:047 Tem
Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar..... [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:567 Tem
Qida və infrastruktur üzrə 900 bağçada monitorinqlər keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:237 Tem
Sabah 4 fənn üzrə MİQ imtahanları keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:127 Tem
Xaricdəki diplomatlarımız Bakıya ÇAĞIRILDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:297 Tem
İraqın şimalında əməliyyat zamanı şəhid olan türk hərbçilərin sayı 8-ə çatıb - YENİLƏNİB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:047 Tem
Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:355 Tem
Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:485 Tem
Ərdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:085 Tem
Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:345 Tem
Azərbaycan nefti ucuzlaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:285 Tem
Tramp: Gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:375 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə