
Laçın Rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Niftalı Manafov vəfat edib.
Qanuntv.az Teleqraf-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Niftalı Manafov Bakıda qardaşının yaşadığı evdə qəfil səhhətinin pisləşməsi nəticəsində insult keçirib.
Məlumata görə, ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Niftalı Manafov Laçın Rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.





