
Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrdən 85,9 milyon ədəd diri həşərat idxal edilib. İdxal olunan həşəratların ümumi gömrük dəyəri 242,4 min manat təşkil edib.
Qanuntv.az xəbər verir ki, bu barədə rəsmi statistik məlumatlarda qeyd olunub.
Məlumata əsasən, diri həşəratlar Rusiyadan, Mərakeşdən, Belçikadan, Türkiyədən və Niderlanddan Azərbaycana gətirilib. İdxalın əsas hissəsi Rusiyanın payına düşüb.
Statistikada diqqətçəkən məqamlardan biri isə Niderlanddan gətirilən həşəratlarla bağlıdır. Belə ki, hesabat dövründə bu ölkədən cəmi 30 ədəd diri həşərat idxal olunsa da, onların ümumi gömrük dəyəri 22,7 min manat təşkil edib.
Beləliklə, hesablamalara görə, Niderlanddan gətirilən bir həşəratın orta gömrük dəyəri təxminən 757 manat olub.
Qeyd edək ki, bu rəqəm hər bir həşəratın faktiki satış qiymətini deyil, idxal üzrə orta gömrük dəyərini ifadə edir.





