
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakıda təşkil olunan “Baku Art Weekend” sərgi festivalından paylaşım edib.
Qanuntv.az xəbər verir ki, Alyona Əliyeva bu barədə rəsmi “Instagram” hesabında paylaşım edib.
Qeyd edək ki, “Baku Art Weekend” incəsənət və yaradıcılıq sahəsində müxtəlif layihələri, sərgiləri və mədəni təşəbbüsləri bir araya gətirən tədbirlərdən biridir. Festival paytaxtın mədəni həyatının zənginləşdirilməsi, incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və yaradıcı mühitin təşviqi baxımından diqqət çəkir.










