
Oktyabrın 30-da ölkə ərazisində polis əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticələri açıqlanıb.
Qanuntv.az xəbər verir ki, qeyd olunan tarixdə qeydə alınan 27, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Məlumata əsasən, axtarışda olan ümumilikdə 129 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 102 nəfəri borclu şəxs qismində axtarışda olan şəxslərdir.
Gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 8 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən bu tədbirlər ölkə ərazisində hüquq qaydasının qorunması, cinayətlərin qarşısının alınması və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərin davamıdır.





