
Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) hücumları səbəbindən Moskva və Sankt-Peterburq şəhərlərinin hava limanlarında uçuş qrafikində ciddi dəyişikliklər baş verib. Onlarla reys gecikdirilib, bir sıra uçuşlar isə ləğv olunub.
Məlumata görə, Şeremetyevo, Vnukovo, Domodedovo və Pulkovo hava limanlarında aviareyslərin hərəkətində fasilələr yaranıb. Gecikmələr İstanbul, Antalya, Dubay, Soçi və Mərkəzi Asiya istiqamətlərində həyata keçirilən uçuşlara da təsir göstərib.
Gecikən reyslər arasında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakı istiqamətli J2 182 saylı uçuş da yer alıb.
Baş verənlər Rusiyanın hava nəqliyyatında ciddi çətinliklər yaradıb. Sərnişinlərə uçuşlarla bağlı son məlumatları müvafiq aviaşirkətlərin və hava limanlarının rəsmi kanallarından izləmək tövsiyə olunur.





