
Bakının Nizami rayonunda yerləşən və hazırda fəaliyyət göstərməyən ət kombinatının ərazisində yanğın hadisəsi qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, yanğın Davud Aslan küçəsində yerləşən kombinatın ərazisində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Məlumata görə, hadisə zamanı ərazidə 1 800 kvadratmetr sahəyə yığılmış plastik və taxta materialların 500 kvadratmetri yanıb. Yanğınsöndürənlərin çevik fəaliyyəti nəticəsində materialların qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.





