
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədilə təşkil olunan ənənəvi Payız festivalından görüntülər paylaşıb.
Qanuntv.az xəbər verir ki, festival məktəbin müəllim və şagird kollektivinin, valideynlərin və qonaqların iştirakı ilə keçirilib.
Ənənəvi Payız festivalı iştirakçılara xoş və rəngarəng anlar yaşatmaqla yanaşı, xeyriyyəçilik, sosial həmrəylik və birlik kimi dəyərlərin təşviqinə də xidmət edir.
Belə tədbirlər məktəb mühitində humanizm, mərhəmət və ictimai məsuliyyət prinsiplərinin formalaşmasına, şagirdlərin sosial təşəbbüslərdə fəal iştirakına mühüm töhfə verir.





