
Türkiyənin tanınmış futbol klubu “Fənərbağça” Azərbaycanın “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasa üçillik müqavilə təklif edib.
Qanuntv.az xəbər verir ki, bu barədə İtaliyanın “TuttoMercatoWeb” nəşri məlumat yayıb.
Məlumata əsasən, İstanbul təmsilçisi ilə litvalı mütəxəssis arasında danışıqlar davam edir. Yaxın günlərdə məsələ ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mediasında “Fənərbağça”nın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova da təklif göndərdiyi barədə xəbərlər yayılmışdı.
Hazırda Dambrauskasın gələcək karyerası ilə bağlı rəsmi qərar açıqlanmayıb.





