
Bakı-Qazax-Gürcüstan avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir ailənin beş üzvü xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan minik avtomobili yük maşınına çırpılıb. Toqquşma nəticəsində minik avtomobilində olan bir ailənin beş üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə cəlb olunan tibbi yardım briqadası tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin başvermə səbəbləri və yaralıların hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.





