
Cəlilabad rayonunda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “VAZ-2106” və “VAZ-21011” markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində rayon sakinləri Ceyhun Bəgalıyev və Zeynal Niftəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar hadisə yerindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.





