
Türkiyənin Muğla vilayəti sahillərində, Aralıq dənizində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar noyabrın 2-də yerli vaxtla saat 19:49-da baş verib. Zəlzələnin ocağı 9,07 kilometr dərinlikdə yerləşib.
Məlumata əsasən, zəlzələnin episentri Muğla vilayətinin Datça rayonundan təxminən 253 kilometr məsafədə, Aralıq dənizində qeydə alınıb.
Qeyd edək ki, Kandilli Rəsədxanası eyni zəlzələnin maqnitudasını 4,9 olaraq açıqlayıb.
Hazırda zəlzələ nəticəsində dağıntı və ya tələfat olması barədə təsdiqlənmiş məlumat yoxdur.





