
Göygöl rayonunda 66 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, 1960-cı il təvəllüdlü R. Əliyevin meyiti özünə məxsus yaşayış evində tapılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İlkin baxış zamanı meyitin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb. Kişinin hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.
Faktla bağlı müvafiq araşdırma aparılır. Ölümün dəqiq səbəbi araşdırmanın nəticələrindən sonra məlum olacaq.





