
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsinin fəaliyyətində müvəqqəti fasilə yaranacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, səfirliyin Konsulluq bölməsi 9 və 10 noyabr 2026-cı il tarixlərində fəaliyyət göstərməyəcək.
Qeyd olunan tarixlərdə konsulluq xidmətlərinin göstərilməsi müvəqqəti dayandırılacaq. Vətəndaşların müraciətlərini və konsulluq məsələlərini planlaşdırarkən bu tarixləri nəzərə almaları tövsiyə olunur.
Konsulluq bölməsinin fəaliyyətinin bayram günlərindən sonra adi qaydada davam etdirilməsi gözlənilir.





