
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən 24 yaşlı hərbçi Səbuhi Ağazadə ilə bağlı yeni məlumatlar üzə çıxıb. Məlum olub ki, o, yaxın vaxtlarda ata olub.
Qanuntv.az xəbər verir ki, Səbuhi Ağazadə bir il əvvəl ailə qurub. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib.
Məlumata görə, ailə əslən Laçın rayonunun Güləbird kəndindəndir. Məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar.
Qəza zamanı “Lada Priora” markalı avtomobildə dörd nəfər olub. Onlar Zaqatala rayonundan qayıdarkən Şəki rayonunun İnçə kəndi ərazisində yol-nəqliyyat hadisəsi ilə üzləşiblər.





