Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşündə Türkiyənin regionda sülh və sabitliyin qorunması üçün mühüm tərəfdaş olduğunu bildirib.
Müvafiq bəyanatı cümə axşamı prezidentin mətbuat xidməti yayıb.
“Prezident Vuçiç Serbiyanın regional əməkdaşlığa səmimi sadiq olduğunu bildirib və əlavə edib ki, bu mənada o, Türkiyəni regionda sülh və sabitliyin qorunmasında mühüm tərəfdaş hesab edir”, - mətbuat xidmətinin bəyanatında deyilir.
Vurğulanır ki, hərtərəfli əməkdaşlıq və intensiv siyasi dialoq Serbiya ilə Türkiyə arasında münasibətlərin müasir tarixdə ən yüksək səviyyədə olduğunu göstərir ki, bu, həm qarşılıqlı hörmət və etimadın, həm də iki prezidentin müstəsna şəxsi münasibətlərinin nəticəsidir.
Həmçinin, Serbiya lideri Türkiyə ilə iqtisadi əməkdaşlığın vacibliyini qeyd edib və türk sərmayələrini yüksək qiymətləndirib.
Mənbə: TASS