Fransanın PSJ klubunun səhmdarı “Qatar Sports Investments” İngiltərənin “Liverpul” və ya “Mançester Yunayted” klubunu almağı düşünür.
Şirkətin məqsədi yuxarıda adı qeyd olunan iki klubdan birinin səhmlərinin tam hissəsini almaq, yaxud da müəyyən pay sahibinə çevrilməkdir.
Mənbə iddia edir ki, hətta tərəflər arasında danışıqların ilkin mərhələsi də baş tutub.
Bundan əlavə, “Qatar Sports Investments”in rəhbəri, PSJ-nin prezidenti Nasser Əl-Helaifi bu yaxınlarda “Tottenhem” prezidenti Daniel Levi ilə görüşüb və London klubunda pay almaq niyyətini ona çatdırıb.
Mənbə: Bloomberg