“Space X” və Tesla şirkətlərinin sahibi olan amerikalı sahibkar İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq niyyətində olduğunu bildirib.
Mask bu barədə “Twitter“ hesabında məlumat yayıb.
O, ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı fikirlərinə münasibət bildirərkən, “Bundan başqa, mən “Mançester Yunayted”i alıram”,- deyə paylaşımında bildirib.
O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.