
Ermənistanın “Zvartnots” beynəlxalq hava limanına İstanbuldan “Turkish Airlines”-ın ilk reysi eniş edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar gündəlik həyata keçiriləcək. 14 maydan etibarən reyslərin sayı həftədə 10 dəfə, 15 iyundan isə həftədə 14 dəfə artırılacaq.
Yeni uçuşların başlaması iki ölkə arasında hava əlaqələrinin gücləndirilməsinə və səyahət imkanlarının genişləndirilməsinə töhfə verəcək.





