
Misli Premyer Liqasının IX turunda “Sabah”la qarşılaşma zamanı baş verənlərə görə “Qarabağ” futbol klubu cərimələnib.
Qanuntv.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, azarkeşlərin rəqib komandaya qarşı kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən klub 6 000 manat cərimə olunub.
Bundan əlavə, qarşılaşma zamanı azarkeşlər tərəfindən sındırılan 27 skamyanın dəymiş zərəri də “Qarabağ” klubu tərəfindən ödənilməlidir.





