
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Qanuntv.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə iranlı Payam Əhmədi ilə qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Eldəniz Əzizli dünya çempionatının qızıl medalına sahib çıxıb və karyerasında beşinci dəfə dünya çempionu titulunu qazanıb.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçisi Sənan Süleymanov da 77 kiloqram çəki dərəcəsində final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək.
Azərbaycan millisinə qarşıdakı görüşlərdə də uğurlar arzulayırıq.





