
Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalan, göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisindəki azərbaycanlıların hamısı xilas edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mediaya açıqlamasında bildirib.
Məlumata görə, hadisə oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə qeydə alınıb. Azərbaycan vətəndaşlarının da olduğu “Khoryv” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
Hadisə zamanı gəmidə olan Azərbaycan vətəndaşlarının hamısının xilas edildiyi bildirilib.
Qanuntv.az





