
Krımda baş verən dron hücumu nəticəsində Gürcüstanın Bolnisi bələdiyyəsinin Arıxlı kəndindən olan 45 yaşlı Mahir Məmmədov həlak olub.
Qanuntv.az 24News.ge-yə istinadən xəbər verir ki, hadisə Mahir Məmmədovun yük maşını ilə hərəkətdə olduğu zaman baş verib. Dron hücumu nəticəsində yük maşınına zərər dəyib və avtomobil yanıb.
Hadisə zamanı yük maşınında olan yük də yararsız vəziyyətə düşüb. Hücum nəticəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib.
Məlumata görə, mərhumun nəşinin yaxın günlərdə doğulduğu Arıxlı kəndinə gətirilməsi üçün müvafiq tədbirlər görülür.
Hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilir.





