
Bakıda baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada xəstəxanada dünyasını dəyişib.
Hadisə sentyabrın 6-da paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, Fərid Hüseynlinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil piyada keçidindən yolu keçən Mirpaşa Ağazadəni vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, Mirpaşa Ağazadə sentyabrın 10-da müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, hadisənin səbəbləri və digər hallar araşdırılır.





