
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar həmkarına və dost Bolqarıstan xalqına dərin hüznlə başsağlığı verib.
Prezident İlham Əliyev məktubunda faciəvi hadisənin Azərbaycan xalqını da dərindən kədərləndirdiyini vurğulayıb.
Dövlət başçısının məktubunda deyilir:
"Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".
Azərbaycan Prezidenti həlak olanların ailələrinə və yaxınlarına səbir, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayıb.





