
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib.
Füzuli Rzaquliyev bu gün, noyabrın 10-da dünyasını dəyişib. Məlumata görə, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan veteran ictimai xadim insult nəticəsində vəfat edib.
Füzuli Rzaquliyev uzun müddət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə rəhbərlik edib, müharibə veteranlarının hüquqlarının müdafiəsi, onların sosial problemlərinin gündəmə gətirilməsi və veteran təşkilatlarının fəaliyyətinin inkişafı istiqamətində çalışıb.
Onun vəfatı veteran ictimaiyyəti üçün ağır itkidir.
Allah rəhmət eləsin! Yaxınlarına, ailə üzvlərinə və silahdaşlarına dərin hüznlə başsağlığı veririk.





