
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov Sumqayıt şəhərində narkotik vasitə ilə saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Məlumata görə, Rasim Yusifov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.
Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə təqsirli bilinərək 25 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bundan əlavə, Rasim Yusifov narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb olunub.
Hadisə ilə bağlı yayılan məlumatlarda bundan əlavə ətraflı təfərrüat açıqlanmayıb.





