
Azərbaycanda noyabrın 6-na olan faktiki hava şəraiti açıqlanıb. Ölkə ərazisinin bir sıra bölgələrində yağıntılı və küləkli hava müşahidə olunub, dağlıq ərazilərə isə qar yağıb.
Qanuntv.az xəbər verir ki, noyabrın 6-sı saat 09:00-a olan məlumata əsasən, bəzi ərazilərdə yağıntılar intensiv və güclü xarakter daşıyıb.
Dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü Xınalıq və Qrızda 15 santimetr, Qusarda 8 santimetr, Xaltanda 6 santimetr, Şahdağda 2 santimetr, Xızıda isə 1 santimetr təşkil edib.
Qeyd edək ki, xüsusilə dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərin yollarda diqqətli olmaları tövsiyə edilir.





