
Masallı rayonunda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsasında polis tərəfindən araşdırma aparılıb.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yeniyetmənin yeri müəyyən edilib və o, aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar zamanı hadisədə cinayət tərkibinin olmadığı müəyyənləşib. Həmçinin məlum olub ki, yeniyetmə bundan əvvəl də dəfələrlə valideynlərinə məlumat vermədən yaşadığı evi tərk edib.
Hazırda faktla bağlı müvafiq araşdırma aparılıb.





