
Bakı təhsil ictimaiyyətinə ağır itki üz verib. Paytaxtda fəaliyyət göstərən İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Sevda Acalova dünyasını dəyişib.
Qanuntv.az xəbər verir ki, Sevda Acalovanın vəfatı onun çalışdığı təhsil müəssisəsinin kollektivi və onu tanıyanlar tərəfindən kədərlə qarşılanıb.
Uzun illər müəllimlik fəaliyyəti ilə şagirdlərin təlim-tərbiyəsinə töhfə verən pedaqoqun vəfatı təhsil ictimaiyyəti üçün üzücü xəbərdir.
Mərhumun ailəsinə, yaxınlarına, həmkarlarına və yetirmələrinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət eləsin!





