
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki məktəbli qız xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Məlumata görə, “Mercedes” markalı minik avtomobili 16 yaşlı Svetlana Əhmədovanı və onun həmyaşıdı Nuranə Qasımovanı vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan hər iki yeniyetmə təcili tibbi yardım vasitəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, xəsarət alan hər iki şəxs məktəblidir. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar barədə əlavə məlumat verilməyib.





