
Bakının Sabunçu rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində qeydə alınıb.
Məlumata görə, 2024-cü il təvəllüdlü A. İsmayılovun anası mağazaya gedərkən övladını müvəqqəti olaraq qonşusuna tapşırıb. Qadın geri qayıtdıqda uşağın pilləkəndən yıxılaraq öldüyünü görüb.
Hadisədən sonra uşağın anası ilə qonşusu arasında mübahisə yaranıb və tərəflər əlbəyaxa dava ediblər.
Hadisə baş verən zaman azyaşlının atasının işdə olduğu bildirilir.
Uşağın hansı şəraitdə və hansı səbəbdən həyatını itirməsi hazırda araşdırılır. Hadisənin bütün təfərrüatları müvafiq araşdırmaların nəticəsində məlum olacaq.





