
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində məlumat verilib.
Görüş Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan İƏT-in fəal üzvlərindən biridir. Ölkəmiz təşkilat çərçivəsində İslam həmrəyliyinin gücləndirilməsi, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi və beynəlxalq məsələlərdə qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verir.













