
Əməkdar artist, tanınmış aktrisa və teleaparıcı Dilarə Əliyeva ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.
Qanuntv.az xəbər verir ki, sənətçi yeni vəzifəsinin icrasına bir neçə gün əvvəl başlayıb.
Məlumata görə, Dilarə Əliyeva yaxın aylarda yenidən televiziya ekranlarına qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Dilarə Əliyeva Azərbaycan teatr və televiziya məkanında tanınan sənət adamlarındandır. O, aktyorluq fəaliyyəti ilə yanaşı, teleaparıcı kimi də geniş tamaşaçı rəğbəti qazanıb.





