
Polşalı qapıçı Mateuş Koxalskinin Ağdamın “Qarabağ” klubundan ayrılaraq vətəninə qayıtmasının səbəbi məlum olub.
Qanuntv.az xəbər verir ki, Polşa mətbuatının yaydığı məlumata görə, “Qarabağ” 26 yaşlı qolkiperə yeni müqavilə təklif etsə də, futbolçu karyerasını Polşada davam etdirməyə qərar verib.
Koxalskinin bu seçimində əsas amillərdən biri daha çox oyun təcrübəsi qazanmaq istəyidir. Qapıçı bu məqsədlə Polşanın “Vyeçista Krakov” klubuna keçməyə üstünlük verib.
Məlumata görə, “Qarabağ”ın maliyyə baxımından daha sərfəli təklif irəli sürməsinə baxmayaraq, futbolçu müntəzəm oyun praktikası əldə etməyi daha vacib hesab edib.
Qeyd edək ki, Mateuş Koxalski 2024–2026-cı illərdə “Qarabağ”ın formasını geyinib. O, 2026-cı ilin yayında Polşa klubuna transfer olunub.





