
"Sabah" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
QanunTV.az xəbər verir ki, Bakı təmsilçisi Rusiyanın "Zenit" klubunun braziliyalı yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürüb.
26 yaşlı futbolçu mövsümün sonunadək "Sabah"ın formasını geyinəcək.
Müqaviləyə əsasən, "Sabah" icarə müddəti başa çatdıqdan sonra Du Keyrosun transfer hüquqlarını birdəfəlik əldə etmək imkanına malik olacaq.
Qeyd edək ki, Du Keyros peşəkar karyerası ərzində Braziliyanın "Korintians", "Qremio" və "Sport Resife", Rusiyanın isə "Zenit" və "Orenburq" klublarında çıxış edib.





