
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 30-da general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimində iştirak edib.
Mərasimdə iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra mərasimin proqramına uyğun olaraq məzunlara diplomlar təqdim olunub.
Qeyd edək ki, hərbi məktəbləri uğurla başa vuran azərbaycanlı məzunlara diplomları general-polkovnik Zakir Həsənov təqdim edib.







