Azərbaycanın tanınmış polkovniki Abdulla Məmmədov Ankarada vəfat edib
Azərbaycanın hüquq-mühafizə orqanlarının tanınmış nümayəndələrindən olan polkovnik Abdulla Məmmədov vəfat edib. Onun Türkiyənin paytaxtı Ankara şəhərində dünyasını dəyişməsi xəbəri ictimaiyyət arasında kədər doğurub.
Qanuntv.az xəbər verir ki, polkovnik Abdulla Məmmədov Ankarada xəstəlik səbəbindən vəfat edib. Məlumata görə, o, səhhətində yaranmış ciddi problemlərlə əlaqədar bir sıra ağır əməliyyatlar keçirib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Abdulla Əli oğlu Məmmədov uzun illər Azərbaycanın hüquq-mühafizə orqanlarında xidmət edib. Dövlətçilik və xidmət fəaliyyəti ilə tanınan polkovnik müxtəlif illərdə əldə etdiyi nailiyyətlərə görə bir sıra orden və medallarla təltif olunub. Onun dövlət qarşısındakı xidmətləri aldığı fəxri mükafatlarla da qiymətləndirilib.
Abdulla Məmmədovun vəfatı onu tanıyanlar, yaxınları və həmkarları üçün ağır itkidir. Uzun illər dövlət xidmətində çalışmış, peşəkar fəaliyyəti ilə seçilmiş bir insanın dünyasını dəyişməsi dərin təəssüf doğurur.
Allah rəhmət eləsin! Yaxınlarına, ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı veririk.
