SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Yardımlıda ikinci sinif şagirdinin meyiti körpünün altında tapılıb
Gündəm / Hadisə

Yardımlıda ikinci sinif şagirdinin meyiti körpünün altında tapılıb

Bugün, 11:36 0








Yardımlı rayonunda azyaşlı uşağın faciəli ölümü ilə nəticələnən hadisə baş verib.


Qanuntv.az xəbər verir ki, rayonun Gendərə kəndində ikinci sinif şagirdi, kənd sakini Əli Neymət oğlu Qurbanovun meyiti körpünün altında aşkarlanıb.


Azyaşlı günorta saatlarında itkin düşüb. Məktəbdən çıxdıqdan sonra evə qayıtmayan uşağın anası əvvəlcə onun babasıgilə getdiyini düşünüb.


Lakin axşam saatlarında Əlinin babasıgilə də getmədiyi məlum olub. Bundan sonra uşağın axtarışına başlanılıb.


Bir müddət sonra kənd sakinləri azyaşlının meyitini körpünün altında aşkar ediblər.


Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırmanın aparılıb-aparılmadığı və uşağın ölüm səbəbi barədə əlavə məlumat verilməyib.


Allah rəhmət eləsin! Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu ağır itki qarşısında onlara səbir diləyirik.

Oxşar xəbərlər