
Gəncə şəhərində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və “Ford Transit” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 16 yaşlı G.Məmmədova və 14 yaşlı Ə.Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə, onların vəziyyəti kafidir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və təfərrüatları araşdırmanın nəticəsində məlum olacaq.





