
Bu gün, noyabrın 20-də Ağdam Şəhəri Günü qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpası, doğma torpaqlara qayıdış və milli qürur günü kimi xüsusi yer tutur.
Qanuntv.az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir.
Bu tarixin təsis olunması Ağdam şəhərinin 2020-ci il noyabrın 20-də Ermənistanın işğalından azad edilməsi ilə bağlıdır. Beləliklə, bu gün Ağdamın işğaldan azad edilməsinin altıncı ildönümü tamam olur.
Uzun illər işğal altında qalan Ağdam şəhəri Vətən müharibəsində əldə edilən tarixi Qələbədən sonra yenidən Azərbaycanın nəzarətinə keçib. Şəhərin azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm hadisələrdən biri olub.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, sosial obyektlərin inşası və sakinlərin doğma yurdlarına qayıdışı istiqamətində ardıcıl tədbirlər görülür.
Ağdam Şəhəri Günü təkcə bir şəhərin azad edilməsinin ildönümü deyil, həm də xalqımızın əzmini, birliyini və doğma torpaqlara bağlılığını ifadə edən əlamətdar tarixdir.
Bayramın mübarək, Ağdam!





