
Sabirabad rayonunda azyaşlılarla bağlı növbəti hadisə qeydə alınıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Cavad kəndində baş verib. Belə ki, 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırdığı bildirilir.
Diqqət çəkən məqam ondan ibarətdir ki, ötən ay da eyni kənddə oxşar hadisə yaşanıb. Həmin vaxt 17 yaşlı oğlanın 14 yaşlı qızı evlənmək məqsədilə qaçırdığı qeyd olunmuşdu.
Eyni yaşayış məntəqəsində qısa müddət ərzində azyaşlılarla bağlı oxşar hadisələrin təkrarlanması diqqət çəkir.
Hadisənin digər təfərrüatları və hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı mövqeyi barədə hələlik əlavə məlumat verilməyib.





