
Bakı Dövlət Universitetinin rektoru Elçin Səfəralı oğlu Babayev vəzifəsindən azad edilib.
QanunTV.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. O, bu təyinatadək Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Elçin Babayev 2019-cu ildən Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edirdi.





