
Azərbaycanda həkim vəfat edib.
QanunTV.az xəbər verir ki, "Caspian International Hospital"ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov dünyasını dəyişib.
Məlumata görə, həkimin infarkt nəticəsində vəfat etdiyi bildirilir.
Onun vəfatı yaxınları, həmkarları və çalışdığı tibb müəssisəsinin kollektivi üçün ağır itki olub.
Allah rəhmət eləsin!





