
Naxçıvanın Ordubad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər həyatını itirib, aralarında deputatın da olduğu iki nəfər xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Ordubad rayonunun Aşağı Əylis kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynalıyev aldığı xəsarətlərdən həyatını itirib.
Qəza zamanı 1994-cü il təvəllüdlü Əmrah Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisə iştirakçılarının hər üçü Vətən müharibəsinin iştirakçısı və veteranı olub.
Qeyd edək ki, xəsarət alan Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Hadisənin başvermə səbəbləri araşdırılır.





